Moskvanın Tversk rayon məhkəməsi müxalifətçi bloger Aleksey Navalnının qardaşı Oleq Navalnını ev dustaqlığına göndərib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, Oleqə qarşı sanitar-epidemioloji normaları pozaraq sosial şəbəkə vasitəsilə insanları mitinqə çağırması ittihamı irəli sürülüb.

Müxalifətçinin qardaşı martın 23-dək ev dustağı olacaq.