Yanvarın 29-da Çindən Türkiyəyə daha 3,5 milyon doza vaksin gətirilib.
Unikal.org xəbər verir ki, Çindən gətirilməsi nəzərdə tutulan 50 milyon doza vaksin Türkiyədə həyata keçirilən tədarük planına uyğun olaraq hissələrlə çatdırılır.
Ölkələr arasında əldə edilən razılığa əsasən, ikinci mərhələdə 10 milyon doza vaksin təhvil verilib.
Qeyd edək ki, ilkin mərhələdə Çindən üç milyon doza vaksin gətirilib. Türkiyənin Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən elmi şura peyvəndin təsir nisbətinin 91,25 faiz olduğunu açıqlayıb.