“Pandemiya dövründə müəllimlərin sertifikasiyası yəqin ki, olmayacaq. Ancaq biz sertifikasiyanın keçirilməsini istəyirik. Yaxın 6 ay ərzində bunun olmasını düşünmürük”.

Unikal.org xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

“İlin ikinci yarısı isə mövcud situasiya nəzərə alınaraq, qərar veriləcək”, - nazir bildirib.