2020-ci ilin yanvar-dekabr aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2019-cu illə müqayisədə 0,5 faiz artaraq 23 milyard 062,2 milyon manat olub.
Unikla.org-un məlumatına görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 6,4 faiz artaraq 11 milyard 775,9 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 4,6 faiz azalaraq 11 milyard 286,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 29,4 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 54,2 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.