Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılan yoxlamalarda ümumilikdə 89 milyon 240 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanıb.

Unikal.org xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, həmin məbləğdən 37 milyon 535 min manatının yoxlamaların gedişində təqsirkar şəxslər tərəfindən bərpası təmin edilib.