"Bavariya"nın futbolçusu Jerom Boatenqin keçmiş model sevgilisi Kasia Lenhardt evində ölü tapılıb.
Unikal.org xəbər verir ki, polislər 25 yaşlı modelin cansız bədənini Berlindəki mənzilində aşkar ediblər.
Cəsəd üzərində aparılan araşdırmalar zamanı Lenhardtın meyitində zorakılıq izləri aşkar olunmayıb.
Qeyd edək ki, model bir müddət əvvəl idmançı ilə qalmaqallı şəkildə ayrılıb.