Azərbaycan şahmatçısı Teymur Rəcəbov Çempionlar Turunun "Opera Euro Rapid" adlanan üçüncü mərhələsinin yarımfinalında bu gün növbəti görüşlərini keçirib.
Unikal.org xəbər verir ki, 34 yaşlı qrossmeyster ABŞ təmsilçisi Uesli Sonun müqavimətini qırmağa çalışıb.
İlk oyun günündə rəqibinə 1,5:2,5 hesabı ilə uduzan Rəcəbov finala vəsiqə qazanmaq üçün ilk növbədə, bugünkü 4 qarşılaşmanın yekununda qalib olmalı, daha sonra isə tay-breyk və ya armageddon qələbə ilə ayrılmalı idi.
Amma ilk iki partiyada heç-heçə edən həmyerlimiz 3-cü görüşdə məğlub olduğundan 4-cü qarşılaşmaya ehtiyac qalmayıb. Yekunda 2:1 hesabı ilə uduzan Rəcəbov finala çıxmaq şansını əldən verib. O, sabah 3-cü yer uğrunda mübarizə aparacaq. Qrossmeysterin rəqibi Maqnus Karlsen (Norveç) - Maksim Vaşye-Laqrav (Fransa) cütünün məğlubu olacaq.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.