Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün Çempionlar Turunun "Opera Euro Rapid" adlanan mərhələsində 3-cü yer uğrunda mübarizəyə başlayacaq.
Unikal.org-un məlumatına görə, 34 yaşlı qrossmeyster fransalı Maksim Vaşye-Laqravla üz-üzə gələcək.
Görüşlər iki gün davam edəcək. Şahmatçılar hər gün 4 oyun keçirəcəklər. İki günün qarşılaşmaları qalibi müəyyənləşdirməsə, tay-breyk oynanılacaq.
Rəcəbov yarımfinalda ABŞ təmsilçisi Uesli Soya, Vaşye-Laqrav isə norveçli Maqnus Karlsenə uduzub.
Bu gün və sabah həm də Karlsen və So arasında final görüşləri keçiriləcək.
Qeyd edək ki, turnirin ümumi mükafat fondu 100 000 ABŞ dollarıdır. Qalib 30 000 dollar qazanacaq.