"Barselona"nın futbolçusu Lionel Messi "Sevilya" ilə İspaniya kubokunun yarımfinal mərhələsinin ilk matçının (0:2) mübahisəli epizodunda cəzadan qurtulub.
Unikal.org xəbər verir ki, argentinalı hücumçu görüşün 63-cü dəqiqəsində rəqib komandanın yarımmüdafiəçisi Joan Jordana qarşı qaydanı pozub.
Belə ki, "Sevilya"nın oyunçusu topu əlinə alıb və baş hakim Mateu Laosla mübahisə etməyə başlayıb. Bu anda oyunu yenidən davam etdirməyə tələsən Messi topu almaq üçün əlini uzadıb. Ancaq Jordan topu Leonelə verməyib. Bundan sonra Kataloniya təmsilçisinin kapitanı dirsəyi ilə rəqibin üzünə vuraraq onu uzaqlaşdırmağa çalışıb.
Jordan baş verənlərlə bağlı Laosa bildirib, ancaq hakim Messini cəzalandırmayıb. Əksinə, Jordana sarı vərəqə göstərib.