İspaniyanın “Real” klubunun baş məşqçisi Zinəddin Zidan Fransa millisinin çalışdırıcısı postuna namizəddir.

Unikal.org xəbər verir ki, bunu Fransa Futbol Federasiyasının prezidenti Noel Le Qre açıqlayıb.

O bildirib ki, indiki baş məşqçi Didye Deşamın gedişindən sonra Zidanı bu vəzifəyə gətirmək istəyir: “Əgər Deşam vəzifəsindən getsə və mən prezident postunda olsam, Zidani bu postda görmək istəyirəm”.

Yığmanın çalışdırıcısının müqaviləsi 2022-ci ildə başa çatacaq. Deşam anlaşmanı uzatmaq istəməsə, onun yeri Zidana təklif olunacaq.

Qeyd edək ki, Deşam kimi Zidanın da indiki komandası ilə müqaviləsi 2022-ci ilin yayında bitəcək.