Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun III mərhələsində Azərbaycan şahmatçısı Teymur Rəcəbov bu gün fransalı Maksim Vaşye-Laqravla 3-cü yer uğrunda həlledici görüşlərini keçirəcək.
Unikal.org xəbər verir ki, tərəflər ilk oyun günündə 4 dəfə üz-üzə gəliblər. Azərbaycan təmsilçisi ötən günü 2,5:1,5 hesablı üstünlüklə tamamlayıb. Bu isə o deməkdir ki, bugünkü 4 qarşılaşmanın yekununda heç-heçə belə, Rəcəbova yarışı 3-cü pillədə bitirməyə imkan verəcək.
Qeyd edək ki, final oyununda norveçli Maqnus Karlsenlə ABŞ şahmatçısı Uesli So qarşılaşacaq. Tərəflər arasındakı final görüşünün ilk günündə qalib müəyyənləşməyib - 2:2 (0,5:0,5; 1:0; 0,5:0,5; 0:1).
Qeyd edək ki, ikinci oyun gününə saat 20:00-da start veriləcək.