Futbolçu Kriştianu Ronaldo dünyada məhdud sayda istehsal edilən “Bugatti Centodieci” markalı yeni avtomobil sifariş edib.
Unikal.org xəbər verir ki, ötən həftə 36 yaşı tamam olan Ronaldo bu maşını özünə ad günü hədiyyəsi edəcək.
Onun yeni avtomobili üçün 9 milyon 500 min avro (19 milyon 578 min manat) ödədiyi bildirilib.
Kriştianunun 20-dən çox bahalı və son model maşınları var. Onların qiyməti ümumilikdə 30 milyon avrodan çoxdur.