Bakıda polis əməkdaşının qadına qarşı kobudluq etdiyi iddia olunan görüntülər yayılıb.

Unikal.org xəbər verir ki, ictimai fəal Elnur Əliyev sosial şəbəkələrdə bu barədə məlumat paylaşıb. O, qeyd edib ki, Yasamal RPİ 27-ci Polis Bölməsinin sahə müvəkkili Qubadov Camal Qubad oğlu bərbərxanaya daxil olaraq, qeydiyyatçı işləyən qadına maska taxmadığına görə cərimə yazacağını bildirib. Vətəndaş isə haqlı olaraq maska taxdığını bildirərək buna etiraz edib.

Sonra isə sahə müvəkkili bərbərxanada həmin qadına qarşı fiziki təzyiq edərək onu itələyib. Ardınca isə polis əməkdaşı C.Qubadov həmin xanımı polis bölməsinə aparıb və ona cərimə protokolu yazılıb.