Ermənistanda son sutkada daha 166 nəfər COVID-19-a yoluxub.
Unikal.org xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bununla da Ermənistanda virusa yoluxanların sayı 170 672-yə çatıb.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 4 nəfər artaraq 3 171-ə yüksəlib.
COVID-19 diaqnozu qoyulmuş, ancaq başqa səbəbdən ölənlərin sayı isə 803 nəfərdir. İndiyədək 162 329 pasiyent infeksiyadan sağalıb.
Hazırda ölkədə 4 366 aktiv koronavirus xəstəsi var.