Latın Amerikası ölkəsi olan Ekvadorda eyni vaxtda 3 şəhərdə cəzaçəkmə müəssisələrində üsyan başlayıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Quayaquil, Elturi və Kotopaxi şəhərlərində məhkumlar üsyan qaldırıb.

Təhlükəsizlik qüvvələri qiyamı yatırmaq üçün hərəkətə keçib. Toqquşma nəticəsində 67 məhkum ölüb, 2 polis yaralanıb. Müəssisələrdə dövlət nəzarəti bərpa olunub. Cinayət işi başaldılıb, səbəblər araşdırılır.