Rusiyanın hüquq-mühafizə orqanları azərbaycanlını beynəlxalq axtarışa verib.
Unikal.org xəbər verir ki, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, Bakı şəhərində doğulan, 26 yaşlı Malik Nəsrullayev terrorçuluqda və qanunsuz silahlı birləşmələrin tərkibində vuruşmaqda təqsirli bilinir.
Rusiya məhkəməsi tərəfindən onunla bağlı qiyabi həbs qərarı çıxarılıb və barəsində dövlətlərarası axtarış elan edilib.