Hindistanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 62,7 min yeni yoluxma faktı qeydə alınıb, 312 nəfər dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə Hindistanın Federal Səhiyyə Nazirliyi məlumat yayıb.

İndiyədək ölkədə ümumilikdə 11,97 milyon nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 161 min nəfəri ölüb.