Mozambikin şimalındakı Palma şəhərinə radikal islamçıların hücumu nəticəsində onlarla insan ölüb.

Unikal.org xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) ölkə rəsmilərinə istinadən məlumat yayıb.

Mozambikin müdafiə nazirliyinin sözçüsü Ömər Saranqanın sözlərinə görə, silahlanmış radikal islamçılar ordu kazarmalarına və hökumət binalarına hücüm ediblər. 

Faktla bağlı araşdırma aparılır.