ABŞ-ın Alyaska ştatında helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, daha biri xəsarət alıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şənbə günü yerli rəsmi qurumlara Knik buzlağının ərazisində helikopter qalıqlarının tapılması barədə məlumat verilib. Hadisə yerinə xilasedicilər cəlb olunub və orada yeganə sağ qalan şəxs tapılaraq xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır-stabil olduğu deyilir.

“Helikopterdə olan daha beş nəfər ölmüş vəziyyətdə aşkar edilib”, - deyə məlumatda qeyd olunub. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası qəzanın səbəblərini araşdırır.