İndoneziyanın paytaxtı Cakartadakı Balongan Neft Emalı Zavodunda şiddətli partlayış baş verib.

Unikal.org xəbər verir ki,  partlayış nəticəsində 20 nəfər  ağır xəsarət alıb.  Hadisədən sonra alovlar hər yeri bürüməyə başlayıb. Nəticədə yüzlərlə insan ərazidən təxliyyə edilib. 

Ölkənin ən böyük neft emalı zavodunda baş verən şiddətli partlayışın səsi bir neçə mil uzaqdan eşidilib.