Ermənistanda müxalif Daşnaksütun Partiyasının funksioneri, "Vətənin xilası naminə hərəkat"ın təmsilçisi İşxan Saqatelyanın qohumları polis idarəsinə aparılıb.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkə hesabında məlumat verib.
O, qohumlarının həbsi dünən İrəvanda keçirilən mitinqlərlə əlaqələndirib və siyasi təzyiq kimi qiymətləndirib.