Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu Tacikistanın paytaxtı Düşənbə şəhərində rəsmi səfərdədir.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında məlumat verib. Onun yüksək səviyyəli görüşlər keçirməsi gözlənilir.

Səfərin əsas məqsədinin "Asiyanın qəlbi - İstanbul" layihəsi çərçivəsində 9-cu Nazirlər Konfransında iştirak etmək olduğu bildirilib. Çavuşoğlu Tacikistanda fəaliyyət göstərən türk iş adamları ilə də görüşüb.