ABŞ-da son sutka ərzində daha 43 694 nəfər koronavirusa yoluxub, 506 pasiyent dünyasını dəyişib.

Unikal.org  xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-da epidemiyanın başlanğıcından bəri 30,2 milyondan çox yoluxma halı aşkar olunub. Pandemiya qurbanlarının sayı 549 335 nəfər təşkil edir.