Türkiyənin Van şəhərində yaşayan Hira adlı uşaq milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Ankaraya yola düşüb.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Atatürkün məqbərəsini ziyarət etmək istəyən uşağın atası bir müddət öncə "Anıtkabir"in maketini hazırlamışdı.

Hulusi Akar isə uşağı əsl "Anıtkabir"ə aparmaqla bağlı söz vermişdi. Bu gün yola çıxan Hira sabah Akarla birgə Atatürkün məqbərəsini ziyarət edəcək.