ABŞ İrana qarşı birtərəfli sanksiya rejimini uzadıb.
Unikal.org xəbər verir ki, bu barədə Prezident Co Baydenin ABŞ Konqresinə göndərdiyi sənəddə qeyd olunub.
"İran hökumətinin hərəkətləri və siyasəti ABŞ-ın milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaratmağa davam edir", - deyə Bayden bildirib.
ABŞ lideri buna cavab olaraq İrana qarşı sanksiyaları qüvvədə saxlamağa qərar verib.