Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinin saxladığı ev heyvanlarından danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov "Arqumentı i faktı" qəzetinə müsahibə verib.

"Ev heyvanları Putinin həyatında xüsusi yer tutur. Onun iti var. Düzdür, heç vaxt pişik saxladığını görməmişəm, amma prezidentin itlərindən xəbərim var", - deyə sözçü söyləyib.