Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsində aparılan islahatlardan danışıb.
Unikal.org "BELTA"ya istinadən xəbər verir ki, Lukaşenko islahatlara şəxsən özünün rəhbərlik etdiyini bildirib.
Belarus prezidenti konstitusion islahatların önəmini xüsusi şəkildə vurğulayıb. O qeyd edib ki, bu islahatlardan sonra da əsas səlahiyyətləri özündə saxlayacaq.