Şiddət və irqçilik hadisələri ilə gündəmdən düşməyən ABŞ polisi, bu dəfə məktəbdən qaçan 5 yaşlı bir uşağa qandal vurub.
Unikal.org xəbər verir ki, hadisə Maryland ştatında qeydə alınıb.
Tez-tez məktəb qaçan şagirdini polis əməkdaşı saxlayıb. O, uşağa qaçmaması üçün qandal vurub. Qaradərili məktəblini nəzarətdə saxlayan polis reaksiyalara səbəb olub. Məktəblinin ailəsi polisi məhkəməyə verib.