Suriyanın şimalında daha 3 PKK terrorçusu məhv edilib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriyada "Fırat Kalkanı" əməliyyatının keçirildiyi bölgəyə sızmaq və təxribat törətmək cəhdi edən 3 terrorçu zərərsizləşdirilib. Terrorçular PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşmasının üzvləri olub.