Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq işçisi özünü güllələyib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, hadisə Vanadzor şəhərində baş verib.

Belə ki, Hayk adlı 31 yaşlı keçmiş MTX əməkdaşı atasının məzarı üstündə özünü güllələyib. Ağır xəsarət alan şəxs xəstəxanaya çatdırılıb və orada keçinib. Hadisənin səbəblərinin araşdırıldığı bildirilib.