Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prezidenti Rik Daemslə görüşüb.

Unikal.org-un xəbərinə görə, bu barədə Türkiyə XİN başçısı “Twitter”də bildirib.

Görüşdə AŞPA ilə münasibətlər müzakirə olunub.

Türkiyə XİN başçısı AŞPA Prezidentini Antalya Diplomatiya Forumuna dəvət edib.