Ermənistanda Qarabağ müharibəsi zamanı silah oğurlayan 5 nəfər həbs edilib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, 39 şübhəli istintaqa cəlb olunub.

Belə ki, Qarabağdakı müharibə zamanı Gorus yolu ilə Ermənistana avtomatlar, pulemyotlar, qumbaraatan və partlayıcı qurğular daşıyan şəxslərə 95 cinayət işi açılıb. Silah və partlayıcı maddələrin qanunsuz əldə edilməsi, mənimsənilməsi, daşınması ilə əlaqədar 39 nəfər təqsirləndirilən şəxsdən 9-u həbs olunub, 26-sı iltizam qərarı ilə buraxılıb. Daha sonra saxlanılanlardan 4-ü girov müqabilində sərbəst buraxılıb. Ümumilkdə 5 nəfər həbsdə qalıb.