Ermənistan parlamentinin deputatı, müxalif Çiçəklənən Ermənistan Partiyasının funksioneri Naira Zohrabyan Paşinyan hakimiyyətinin ünvanına növbəti sərt tənqidlər edib.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, Zohrabyan Paşinyanın ölkəni Türkiyəyə verməyə hazırlaşdığını iddia edib.

"Paşinyan hakimiyyəti erməni toplumunu ölkənin Türkiyəyə verilməsinə hazırlaşdırır. Bununla bağlı məqsədyönlü siyasət aparılır", - deyə deputat bəyan edib.