Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov "Asiya və Yaxın Şərq NATO-su" ideyasından danışıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, Lavrov "Valday" forumunda çıxış edib.

O, "Asiya və Yaxın Şərq NATO-su" ideyası barədə deyib ki, NATO olduğu yerdə kifayət edir və yeni hərbi bloka ehtiyac yoxdur.

Lavrov həmçinin ABŞ və Avropa Birliyinin Rusiya və Çinə qarşı sanskiyalarını tənqid edib. Rusiyalı nazir bəyan edib ki, Qərbin dünya bazarına məhdudiyyətlər gətirməsi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) normalarına ziddir.