"Sen Çal Kapımı" serialının aparıcı aktyoru Kerem Bürsin kafelərdə maskasız oturanlara "Bağışlayın, amma axmaqsınız" deməsi ilə gündəm olub.
Unikal.org xəbər verir ki, bundan sonra aktyorun bu sözü sevənlərini qəzəbləndirib. Təzyiqlərdən sonra Bürsin üzr istəməli olub.
"Etiraf edirəm ki, "axmaq" sözündən istifadə etmək doğru və xoş bir seçim deyildi. Hətta səhv idi. Bu səhvim üçün üzr istəyirəm "deyib.