Türkiyəli məşhur aktyor Ersin Korkutun həbsi tələb olunur.
Unikal.org xəbər verir ki, buna səbəb isə onun "TikTok"da paylaşdığı videoda işlətdiyi sözlər olub.
Belə ki, Diyarbəkirə səfərə gedən aktyora "Diyarbəkir xoşunuza gəldi" sualı verilib. Ersin isə cavab olaraq Türkiyənin paytaxtı Ankara olduğu halda "Diyarbəkir, bizim paytaxtımız" ifadəsini işlədib.
Aktyorun bu sözləri sosial şəbəkə istifadəçiləri arasında narazılığa səbəb olub və onlar Tvitterdə "Ersin Korkut həbs olunsun" həştağı ilə kampaniya başladıblar.
Sərt reaksiyaları görən Ersin Tvitter hesabında yeni paylaşım edərək "Biz minillik tarixə malik, sivilizasiyaların beşiyi olan Diyarbəkir mədəniyyət paytaxtındayıq" sözlərini yazıb.