Məşhur aktrisa Canan Ergüderdən sonra gənc ifaçı Şimal da xərçəngə tutulub.
Unikal.org Türkiyə KİV-nə istinadən bildirir ki, bu haqda ifaçı İnstaqram hesabında məlumat verib. Sənətçiyə döş xərçəngi diaqnozu qoyulub.
“Əziz dostlarım. İki ildir bədənimdə yaranan şişi səhlənkarlıq edərək müayinə etdirmədim. Və o şişə hazırda döş xərçəngi diaqnozu qoyulub. Xarici görünüşüm yaxşı olsun, gözəl görsənim deyə sağlamlığımı düşünmədim. Buna görə özümə çox əsəbiləşirəm. Heç vaxt sağlığınızı mənim kimi təhlükə altına atmayın. Özünüzü narahat hiss edən kimi həkimə müraciət edib, müayinədən keçin” - deyə, Şimal, bildirib.