"Azərbaycan müğənnisi, musiqiçisi bu gün öz hörmətlərini qoruyub saxlaya bilmirlər, puldan ötrü elə yerdə çıxış edirlər ki... Özlərinə hörmət qoysunlar. Puldan ötrü hər yerdə oxumaq olmaz, ayıbdır. Özlərinə elə bir qiymət qoyublar ki, utanıram".
Unikal.org xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova İnstaqramda canlı yayımda deyib. Sənətçi Rusiyada toya gedən müğənniləri tənqid edib:
"Səhvsiz insan yoxdur. 5-6 ildir ailə qurmuşam, ərim, uşağım var. Mənim də bəzi səhvlərim olub. Onları etdiyim üçün özümü bağışlamıram. Amma bura gələn bəzi müğənnilər, xahiş edirəm, toydan sonra gedin evinizdə yatın, başqa yerə getməyin. Allah sizə bir parça çörək verib. Əri, həyatında kimsə olan insan artıq hərəkət etməməlidir. Edirsənsə, o kişi nəyə lazımdır? Pula görə özünüzü hörmətdən salmayın. Gəlmisiz məclis oxuyasınız, başqa hərəkətlər etməyə gəlməmisiniz. Sözüm kimədirsə, götürəcək. Üç-dörd gün əvvəl eşitdiyim sözə görə bunları deyirəm. Əgər yenə eşitsəm, həmin insanların adını açıqlayacam, deyəcəm, yiyələri gəlib onları buradan aparsın. Pulu sevməyin, hər zaman olacaq, ruzini Allah verəcək. Mən 10-15 il oxumasam, acından öləsi biri deyiləm. Bəlkə tək olsam gəlib kafedə oxuyardım, amma sizin oxuduğunuz kafelərə baxanda adam utanır.
İndi elə Xalq artistləri var ki, bir toy idarə edə bilmir. Gedib 50-60 min rubla konsert vermirəm. Konsert kafedə yox, sarayda olar. Burada konsert verən müğənnilərdən əvvəl o təklif mənə gəlib. Nə övladıma imkan vermişəm, nə də özüm etmişəm.
Qeyd edək ki, pandemiya ərəfəsində Əməkdar artist Mətanət İsgəndərli, müğənnilər Şəbnəm Tovuzlu, Zenfira İbrahimova, Fədayə Laçın, Damla, Kərim Abbasov və başqaları Rusiyaya köçərək, orada işləməyə başlayıblar.