Müğənni Vüqar Muradov "Bazar düzü" proqramına qonaq olub.
Unikal.org xəbər verir ki, ifaçının proqramda atası ilə bağlı etdiyi açıqlamalar tamaşaçıları təəccübləndirib.
"Atam kommunist fikirli insandır. Dünya gözəli insandır, lakin övladına sevgisini göstərə bilməyən biridir. Ona görə travmalıyam. Atam kimi ata olmayacağam. Elə ata olacağamsa, atalıq mənə qismət olmasın. Haradasa atam kimi birini görəndə də aqressiv oluram. Bir övlada "balam" sözünü demək bu qədər çətin idi? Həyatda heç nəyə ehtiyacım olmayıb. İndi 68 yaşı var, yenə də ətəyindən o daşı atmayıb. Atama haqqımı halal etmirəm",-deyə atasını tənqid edib.