Xalq artisti Röya Ayxan Əməkdar artist Abbas Bağırovla müğənni Zamiq Hüseynovu barışdırmasından danışıb.
Unikal.org xəbər verir ki, müğənni "ATV maqazin onlarla"ya açıqlamasında ifaçıları barışdırmaq üçün 8 min hesab ödədiyini deyib:
"İki il əvvəl Moskvaya toya getdim, bəlli qiymətim var. Amma bu toy üçün 12 min aldım. Kənan (prodüseri Kənan Bayramov - red.) dəli olmuşdu ki, nə edirsən. Dedim, Abbasla Zamiqi barışdırmalıyam, həmin məclisə getməliyəm. Restoranda 8 min hesab vermişdim. İki gün yeyib-içdik. İndi bizə gəlib oturanda deyirəm belə olacaqdınızsa, niyə mənə 8 min hesab verdirib, italyan şərablarını açdırırsınız? Barışığı sevirəm, amma qadınları barışdırmağa getmirəm".