Premyer Liqanın 23-cü turunun "Səbail"lə səfər matçının (1:1) ilk hissəsində zədələnərək əvəzlənən "Qarabağ"ın futbolçusu Filip Ozobiçin durumuna aydınlıq gəlib.

Unikal.org xəbər verir ki, xorvatiyalı yarımmüdafiəçi bu gün həkim müayinəsindən keçib.

Müayinədə Ozobiçin sol incik sümüyünün yuxarı 1/3 hissəsinin yerini dəyişməyən sınığı aşkarlanıb. Bununla yanaşı, əzələ toxumalarının həmin nahiyədə əziyi və əzələarası hematoma müəyyən edilib.

Bu səbəbdən təcrübəli oyunçunun mövsümün sonunadək oynamayacağı dəqiqləşib.