İspaniyanın paytaxt şəhəri  Madriddə  dəhşətli qətl hadisəsi  baş verib.  

Unikal.org xəbər verir ki, 26 yaşlı gənc oğlan anası ilə mübahisə  yaşayıb.  Buna qəzəblənən Qomez Alberto anasını  küt alətlə ölüdürüb.  Dəhşətlisi budur ki, oğul anasının  bədənini parçalara ayırıb.  

Daha sonra  Qomez 66 yaşlı anasının parçalanmış cəsədini  itinə  yedizdirib.  Bir müddət sonra mənzildən pis qoxunun gəlməsi  ilə qonşular  təmizlik işçilərinə  xəbər veriblər. Onlar evə gələndə  qorxunc mənzərə ilə qarşılaşıblar. 

Bundan sonra gənc saxlanılaraq polis bölməsinə  aparılıb. O,  ilkin dindirilməsində anasının cəsədini  yediyini  və  itinə də yedizdirdiyini  etiraf edib.  Qomez barəsində qətimkan tədbiri seçilib.