"Karantin olduğu üçün biznesimi genişləndirdim. İndi evlərdə məclislər təşkil olunur. Mən də başladım qab-qacaq kirayəsinə, aşpaz heyətinin təşkilinə başladım".
Unikal.org xəbər verir ki, bu szöləri müğənni Xuraman Şuşalı "MTV Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, xına biznesini genişləndirib:
"Digər təşkilatçı şirkətlər mənə çox mane olmağa çalışdılar. Gedib mənim danışdığım məclisin sahibinə daha ucuz qiymət deyib, işimi almağa çalışdılar. Amma dedim ki, görün kimlə üzüzə gəlirsiz. Bu heyət məndə varsa niyə bu işi də görməyim?".