Əksər atletlər kimi belaruslu Anastasiya Mironçik-İvanova da Tokio-2020 Yay Olimpiya Oyunlarına Türkiyədə hazırlaşır.
Unikal.org-un məlumatına görə, dünya və Avropa Oyunlarının mükafatçısı Antalyada təlim-məşq toplanışındadır.
Anastasiya məşqlərdən vaxt tapan kimi dəniz mövsümündən də yararlanır. O, istirahət gününü çimərliklə necə keçirməsinə paylaşdığı fotolarla nümayiş etdirib. Belaruslu idmançı təkcə uzunluğa tullanma bacarığı ilə deyil, gözəlliyi ilə də öyünə biləcəyini bir daha təsdiqləyib.