İngiltərədə "Çelsi" ilə İspaniyanın "Real Madrid" komandası arasında UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundan öncə xoşagəlməz hadisə baş verib.
Unikal.org xəbər verir ki, yerli azarkeşlər qonaq komandanı daşıyan avtobusa hücum ediblər.
Rəqib futbolçuları matçın keçirildiyi "Stemford Bric" stadionunun yaxınlığında fişənglərlə qarşılayan fanatlar daha sonra nəqliyyat vasitəsinə tərəf bir neçə tüstü bombası atıblar. İnsident nəticəsində xəsarət alan olmayıb.