ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin iyul müqaviləsinin dəyəri 0,6% artaraq 1 barelə görə 68,5 dollar təşkil edib.
Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin iyununda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,6% artaraq 65,1 dollar təşkil edib.