Müğənni Murad Dalkılıç İstanbulun Etiler səmtində Sezer Çakır ilə görüntülənib.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, paparassiləri görən məşhurlar təəccübləniblər. Çakır üzünü gizlətməyə çalışıb. Fotolarının çəkilməsinə etiraz etmələri onlarla bağlı eşq iddialarının yayılmasına səbəb olub.
Aktrisa Hande Erçelin Kerem Bürsinlə sevgili olduğunu elan etməsindən sonra keçmiş sevgilisi Murad da boş dayanmayıb. Dalkılıç suallara "Sezer çox yaxın dostumdur. Makiyajsız olduğu üçün üzünü gizlətdi" cavabını verib.
Ancaq Çakırın üzündəki makiyaj diqqətlərdən qaçmayıb. Cütlük Ulus səmtində bir evə girərkən görüntülənib.