İranın  Xorasan əyalətində 5.5 və 5.4 bal gücündə iki zəlzələ baş verib. 

Unikal.org xəbər verir ki, Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, mərkəz əsası vilayətin Cacerm bölgəsi olan zəlzələlər yerli vaxtla 03.34 və 05.24-də qeydə alınıb.

16 və 10 kilometr dərinlikdə meydana gəldiyi bildirilən zəlzələlərdən sonra hadisə yerinə ilk yardım qrupları göndərilib.