Koronavirus pandemiyası ilə mübarizə aparmaqda çətinlik çəkən Hindistanda təbii fəlakət ölkəni viran qoyub.
Unikal.org xəbər verir ki, ölkənin qərb sahillərində qeydə alınan qasırğa səbəbindən bir çox ərazini su basıb, evlər çöküb, ağaclar və elektrik xətləri sıradan çıxıb.
İlkin təsbitlərə görə fırtına nəticəsində ən az 6 nəfər ölüb. Çox sayda itkin olduğu bildirilir. Əraziyə xilasedicilır cəlb olunub. Axtarış işləri davam etdirilir.