Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Tacikistanda keçiriləcək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edəcək.

Unikal.org xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

İclas mayın 19-da Düşənbədə baş tutacaq.

Qeyd edək ki, 13 may tarixində baş nazir vəsifəsini icra edən Nikol Paşinyan xarici işlər, müdafiə nazirlərinə, Milli Təhlükəsizlik Şurasına Sünik (Zəngəzur) bölgəsindəki vəziyyətlə bağlı KTMT çərçivəsində məsləhətləşmələrə başlamaq barədə göstəriş verib.